Stankoviç: “Hər iki cəbhədə uğurlu olmağa çalışacağıq”
03.04.2023 - 21:59
Stankoviç: “Hər iki cəbhədə uğurlu olmağa çalışacağıq”

"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yaxşı hazırlaşmışdıq. Mövsümün sonunu yaxşı səviyyədə keçirib, fasiləyə qədər olduğu kimi oynamağa çalışacağıq”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç deyib.

36 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın mövsümün finişindəki mübarizəsindən danışıb: “Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq. Yaxşı formada olduğumuzu düşünürəm. Necə alınacağını oyunlar göstərəcək. Bəzən fasilədən sonra əvvəlki kimi olmur. Amma biz əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı alınsın”. 

Stankoviç bildirib ki, “Neftçi” həm çempionat, həm kubokda uğurlu çıxış etmək üçün mübarizə aparacaq: “Qarşıda bizi həm çempionatda, həm də kubokda vacib oyunlar gözləyir. Hər iki cəbhədə də uğurlu olmağa çalışacağıq. Hər oyuna hazır olmaq lazımdır”.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində 3-cü olan “Neftçi” kubokda yarımfinalçılar sırasında yer alıb.

writer photo
Əlirza Əlirzalı
0