Messi holdinq qurdu
20.10.2022 - 15:01
Messi holdinq qurdu

Lionel Messi yeni holdinq təsis edib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin argentinalı hücumçusu “Play Time Sports-Tech HoldCo LLC” şirkətini qurub.

Bu holdinq bütün dünyada idmana, KİV-ə və texnologiyalara investisiya qoyacaq. Şirkət yeni futbol texnologiyalarının yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Messinin holdinqi ABŞ-ın San-Fransisko şəhərində qərarlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0