Fərrux Mahmudov: "Neftçi"də əsaslı və perspektivli işlərə imza atdıq"
31.05.2024 - 11:27
Fərrux Mahmudov: "Neftçi"də əsaslı və perspektivli işlərə imza atdıq"

"Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram". 

Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov sosial media hesabında yazıb. 

O bildirib ki, bu gün “Neftçi”nin baş icraçı direktoru vəzifəsində sonuncu iş günüdür: "Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.

Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. 

Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm".

writer photo
Əlirza Əlirzalı
0