Romandan “Neftçi” – “Qarabağ” oyununa PROQNOZ
01.12.2022 - 13:15
Romandan “Neftçi” – “Qarabağ” oyununa PROQNOZ

Misli Premyer Liqasının XVI turu Azərbaycan derbisi ilə başlayacaq.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ”ın dueli əksər proenozsevərlərin də diqqət mərkəzindədir.

Futbol eksperti Roman Troitski də bu qarşılaşmaya proqnoz verib. O, bu görüşdə aşkar favoritini müəyyənləşdirib: 

DÇ-2022-də qrup mərhələsi başa çatır və komandaların çoxu Qətəri tərk edəcək. Buna baxmayaraq qarşıdakı günlərin ən böyük idman hadisəsi olaraq qalacaq. Amma diqqətlər təkcə mundialla bağlı deyil. Cümə günü diqqətdən kənar qalmalı olmayan matçlardan biri “Neftçi” və “Qarabağ” arasında keçiriləcək.

Azərbaycan futbolunun canlı əfsanəsi olan “Neftçi” son iki turda “Qəbələ” və “Səbail”ə qalib gəlib. “Qarabağ” isə Azərbaycan futbolunun şəksiz lideridir. Qurban Qurbanovun komandası 10 ildir ölkədə dominantlıq edir.

Avrokubokların yüklənməsi də ağdamlılara izləyiciləri “Sabah”la “Neftçi”ni arxada qoymağa mane olmayıb. Amma son iki turda “Sabah” və “Zirə” ilə qolsuz heç-heçələr sıralanıb.

“Qarabağ” digər rəqibləri ilə matçlarda arxayınlaşa bilər. Amma son illərdəki əsas izləyicisi ilə görüşdə bunu etməz. Bu üzdən “Qarabağ”dan səfər qələbəsi gözləyirəm. Bu variantın əmsalı 1,70-ə bərabərdir.

Proqnozum: 2
 

writer photo
Əlirza Əlirzalı
0