“Atletiko” “Roma”nın müdafiəçisi elçi düşdü
29.10.2022 - 00:48
“Atletiko” “Roma”nın müdafiəçisi elçi düşdü

“Roma”nın futbolçusu Leonardo Spinatsola karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi “Atletiko”nun hədəfindədir.

Madrid klubu arxa xətt oyunçusunu qışda transfer etməyi planlaşdırır. Bu keçidin 20 milyon avroya gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Leonardonun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0