“Valensiya”dan “Boka”ya
29.07.2023 - 20:32
“Valensiya”dan “Boka”ya

Edinson Kavani “Valensiya”nı tərk edib.

Apasport.az saytı xəbər verir ki, bu barədə klub açıqlama verib. 

Uruqvaylı hücumçu ispan klubunda bir mövsüm keçirib. O, meydana çıxdığı 28 oyunda 7 qol vurmağı bacarıb. “Valensiya” futbolçuya təşəkkür ünvanlayıb: “Hər şey üçün təşükkür”. “Mestalya” və “Valensiya” həmişə sənin evin olacaq. Gələcək karyeranda uğurlar arzulayırıq”.

Qeyd edək ki, Kavani “Boka Xuniors”la danışıqlar aparır. Onun Argentina klubuna keçməsi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0