Höccət Haqverdi: “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi”
01.08.2022 - 10:36
Höccət Haqverdi: “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi”

“Təxminən iki ildən sonra “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi”.

Apasport.az saytının məlumatına görə, bu sözlər yay fasiləsində “Sumqayıt”dan “Traktor”a keçən Höccət Haqverdiyə məxsusdur.

Azərbaycan millisinin 29 yaşlı müdafiəçisi “gənclik şəhəri” təmsilçisindən ayrılması ilə bağlı instaqram səhifəsində paylaşım edib. O, “Sumqayıt”ı heç vaxt unutmayacağını vurğulayıb: “Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada olmaqdan qürur duyuram. Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildırırəm. “Sumqayıt”ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görməyə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdir”.

Qeyd edək ki, Höccət Haqverdi 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0