"Neftçi" – "Qarabağ" matçı təxirə salındı
25.04.2023 - 20:42
"Neftçi" – "Qarabağ" matçı təxirə salındı

Misli Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının keçiriləcəyi tarix və saat dəyişdirilib.

Apasport.az xəbər verir ki, dəyişiklik ölkəmizdə baş tutacaq "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədardır.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0