Eriksen üçün 3 milyon
29.10.2022 - 12:27
AVRO-2020-də ürəyi dayanan Kristian Eriksen üçün UEFA “İnter”ə kompensasiya ödəyib.
Apasport.az saytının məlumatına görə, futbolçu həmin vaxt İtaliya klubunun üzvü olduğundan milanlılara 3 milyon avro verilib.
Yarımmüdafiəçi Danimarka millisinin heyətində belə vəziyyətlə üzləşib. Onun ürəyi Finlandiya ilə qarşılaşma zamanı dayanıb.
Qeyd edək ki, karyerasında fasilə yaranan Eriksen sonradan meydanlara qayıda bilib.
0
0