Tedesko "Napoli"ni çalışdıra bilər
25.01.2024 - 16:43
Tedesko "Napoli"ni çalışdıra bilər

“Napoli”nin baş məşqçi postuna daha bir namizədin adı bəlli olub.

Apasport.az xəbər veri ki, Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Neapol təmsilçisinin "sükanı arxasına" keçə bilər.

Mütəxəssisin Belçika Kral Futbol Assosiasiyası ilə müqaviləsi Avro-2024-ün sonuna qədərdir. 38 yaşlı almaniyalı mütəxəssis hələlik belçikalılardan yeni müqavilə ilə bağlı təklif almayıb.

Qeyd edək ki, son İtaliya çempionu bu mövsüm ölkə çempionatında keçirdiyi 20 matçdan sonra 31 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0