Paris-2024: Milli komandamız ABŞ ilə qarşılaşacaq
31.07.2024 - 09:55
Paris-2024: Milli komandamız ABŞ ilə qarşılaşacaq

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı və 1 komandası yarışacaq.

Günün ilk görüşündə avarçəkən Diana Dımçenko gücünü sınayacaq. O, 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Daha sonra triatlonda Rostislav Pevtsov mübarizəyə qoşulacaq.

Cüdoçu Elcan Hacıyev 90 kq-də yarışa başlayacaq. Badmintonçu Edi Reski Dviçayo isə qrup mərhələsində növbəti görüşünə çıxacaq.

Günün son yarışında 3×3 basketbol üzrə Azərbaycan yığması ABŞ ilə üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0