"Qarabağ"da ayrılıq yaşanmaq üzrədir.
Apasport.az Pressing.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mərkəz müdafiəçisi Rahil Məmmədov komandanın sıralarını tərk etməyə hazırlaşır.
Azərbaycan millisinin də üzvü olan Məmmədov legioner həyatı yaşamağa yaxındır. Belə ki, Polşanın "LKS Lods" klubu onu rənglərinə bağlamaqda çox israrlıdır.
Artıq tərəflər arasında danışıqlar yekunlaşıb və müsbət nəticə əldə edilib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışan Rahil Məmmədovun "köhlən atlar"la müqaviləsi "2024"ün 30 iyununda başa çatır.