PSJ "Bayer Leverkuzen"in müdafiəçisi ilə maraqlanır
14.06.2024 - 11:37
PSJ "Bayer Leverkuzen"in müdafiəçisi ilə maraqlanır

Bundesliqa çempionu "Bayer Leverkuzen"də çıxış edən müdafiəçi Edmond Tapsoba Fransa çempionatına keçə bilər.

Apasport.az xəbər verir ki, PSJ futbolçunu transfer etməkdə maraqlıdır.

Paytaxt klubu mərkəz müdafiəçi mövqeyində Leni Yoroya alternativ olaraq Edmonu nəzərdən keçirir.

Hazırda futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq. 24 yaşlı futbolçu Leverkuzenlilərin heyətində 183 oyun keçirib, 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0