Cenk Tosun: "Bu dünyada türk olmaq çətindir"
08.07.2024 - 09:51
Cenk Tosun: "Bu dünyada türk olmaq çətindir"

Avropa Çempionatını 1/4 final mərhələsində yekunlaşdıran Türkiyə milli komandası dünən Almaniyadan ölkəsinə qayıdıb.

Apasport.az xəbər verir ki, hücumçu Cenk Tosun hava limanında jurnalistlərə müsahibə verib. O, komandasının turnirdəki çıxışını və perspektivlərini dəyərləndirib:

"Birlik, bərabərlik yüksək səviyyədə idi. Düşünürəm ki, çox gözəl turnir keçirdik. Təbii ki, istəyimiz final oynamaq idi. Bu məqsədə köklənmişdik, gücümüz də kifayət qədər idi... Türk olduğumuz üçün xoşbəxtik. Bu dünyada türk olmaq çətindir, sadəcə bir ölkəyə qarşı deyil, bütün dünyaya qarşı mübarizə aparmaq məcburiyyətindəsən. 

2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində də uğurlu çıxış edib, turnirə vəsiqə qazanmaq istəyirik. Burda etdiklərimiz sadəcə tizer idi, bizim gənclərimiz 2026-da daha gözəl işlər görəcəklər".

Xatırladaq ki, Türkiyə yığması Avropa Çempionatındakı son oyununda Hollandiya millisinə 1:2 hesabı ilə məğlub olaraq, 1/4 finalda mübarizəni dayandırıb.

writer photo
Əlirza Əlirzalı
0