Moyes 11 ildən sonra "Everton"a qayıda bilər
03.09.2024 - 12:47
Moyes 11 ildən sonra "Everton"a qayıda bilər

Premyer Liqada yeni mövsümə zəif başlayan "Everton" baş məşqçisi ilə yollarını ayıra bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Şon Dayş zəif nəticələrə görə qovula bilər.

Bu halda "Everton" Devid Moyesə müraciət edəcək. 

Moyes daha əvvəl 2002-2013-cü illərdə uzun müddət “Everton”u çalışdırıb.

Şotlandiyalı ötən mövsümün sonunda “Vest Hem”dən ayrılıb. Təcrübəli mütəxəssis hazırda işsizdir. 

Qeyd edək ki, Şon Dayşın komandası 3 turdan sonra 0 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0