“Çelsi”də yeni sponsor
30.09.2023 - 18:31
“Çelsi”də yeni sponsor

“Çelsi” yeni sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

London təmsilçisi “Infinite Athlete” şirkəti ilə anlaşıb. Şirkət Premyer Liqa klubunun titul sponsoru olacaq. Həm kişi, həm qadın komandaların, o cümlədən məşq geyimlərində “Infinite Athlete” brendi əks ediləcək.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində texnologiya sahəsində layihələr də nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0