Voleybol Federasiyası bölgələrdə gənc istedad axtarışındadır
12.02.2024 - 13:41
Voleybol Federasiyası bölgələrdə gənc istedad axtarışındadır

Voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin rəhbəri Şahin Çatma Gəncə və Tovuzda yerli məşqçilərə seminar keçib.

Apasport.az xəbər verir ki, bu məlumatı Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti verib.

Sözü gedən bölgədə regional voleybol klublarında “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi təşkil olunub.

Nəzəri və təcrübi hissələrdən ibarət olan seminarın keçirilməsində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.

AVF fevralda Sumqayıt və Naxçıvanda da düşərgə və seminarlar təşkil edəcək.

writer photo
Əlirza Əlirzalı
0