"Neftçi" "Zenit"i məğlub etdi - YENİLƏNİB
18.11.2023 - 23:03
"Neftçi" "Zenit"i məğlub etdi - YENİLƏNİB

“Neftçi” bu gün yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, Bakı klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Rusiya təmsilçisi “Zenit”lə qarşılaşıb.

Komandalar “Neftçi Arena”da üz-üzə gəliblər.  Görüş saat 21:00-da başlayıb. Matç təmsilçimizin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, yayda Rusiyada keçirilən qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı. 

Yoldaşlıq oyunu
18 noyabr
21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya) 2-1

Qol: R. Mirzov, 9, 62, D. Queiroz, 57
“Neftçi Arena”
 

writer photo
Əlirza Əlirzalı
0