Millətlər Liqasına SUPEREKSPRESS
03.06.2022 - 10:02
Millətlər Liqasına SUPEREKSPRESS

Millətlər Liqasının bu gün və sabah keçiriləcək qarşılaşmalarına superekspress kupon açıqlanıb.

Apasport.az saytının məlumatına görə, tanınmış futbol eksperti Anton Getta A liqasının üç oyununa qoyuluş təklif edir.

O, güclü yığmaların iştirakı ilə keçiriləcək qarşılaşmaların nəticələrini proqnozlaşdırıb. Getta Fransanın evdə Danimarkanı, Almaniyanın isə səfərdə İtaliyanı məğlub edəcəyinə əmindir.

Ekspert Belçika və Niderlandın görüşündə iki varianta üstünlük verib. O, meydan sahiblərinin uduzmayacağı, lakin hər iki komandanın qol vuracağı qənaətindədir.

6,60 əmsallıq kuponun iki matçı bu gün keçiriləcək. İtaliyadakı qarşılaşma isə sabaha nəzərdə tutulub.

Belçika – Niderland: 1X və Q/Q
Fransa – Danimarka: 1
İtaliya – Almaniya: 2
 

writer photo
Əlirza Əlirzalı
0