“Neftçi” Muradovu gözləyir
13.01.2023 - 17:09
“Neftçi” Muradovu gözləyir

“Neftçi”nin transfer siyahısında yer alan futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Qəbələ”nin futbolçusu Rövlan Muradovun xidmətində maraqlıdır.

Paytaxt klubu Azərbaycan millisinə də çağırılan 25 yaşlı yarımmüdafiəçinin yayda ələ keçirməyi planlaşdırır. “Ağ-qaralar” müqaviləsi mövsümün sonunda başa çatacaq Muradovun azad agent statusu almasını gözləyir.

Lakin “Qəbələ” də yetirməsini heyətində saxlamaq niyyətindədir. Bölgə təmsilçisi futbolçuya yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqasında 17 matça çıxan yarımmüdafiəçi 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0