"Bayern" Noyerin yerinə qapıçı transfer etdi
18.01.2023 - 22:50
"Bayern" Noyerin yerinə qapıçı transfer etdi

"Bayern" Münxenqladbax "Borusiya"sı ilə qapıçı Yann Zomerin transferi məsələsində razılığa gəlib.

Apasport.az xəbər verir ki, futbolçu bu gecə tibbi baxışdan keçib.

İsveçrə millisinin 34 yaşlı qapıçısının transferi üçün ilkin olaraq 8 milyon + 1,5 milyon avro ödənildiyi bildirilir. Müqavilə 2025-ci ilin iyununadək bağlanılacaq.

Qeyd edək ki, "Bayern"in əsas qapıçısı Manuel Noyer dünya çempionatından sonra dağ xizəkçiliyi zamanı zədələndiyindən, yeni qapıçıya ehtiyac duyulub.

writer photo
Əlirza Əlirzalı
0