De Yonq yenə “yox” dedi
02.08.2022 - 16:47
De Yonq yenə “yox” dedi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Mançester Yunayted”ə keçməkdən növbəti dəfə imtina edib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı orta sahə oyuçusu yalnız “Bavariya” və ya “Çelsi”yə keçidi nəzərdən keçirməyə hazırdır.

Kataloniyalılar Niderland millisinin üzvünü satmaqda qərarlı olsa da, de Yonqun ilk seçimi komandada qalmaqdır. Oyunçu qərarını dəyişməsə, rəhbərlik maaşının azaldılması yönündə onunla danışıqlar aparacaq. Həftədə 560 min avro qazanan de Yonq hazırda “Barselona”nın ən yüksək məvacib alan oyunçusudur.

Qeyd edək ki, Frenki de Yonqun “Barselona” ilə müqavilə müddəti 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0