“Braqa”nın prezidenti “Qarabağ”a məğlubiyyətə görə komandasına od püskürdü
17.02.2024 - 12:26
“Braqa”nın prezidenti “Qarabağ”a məğlubiyyətə görə komandasına od püskürdü

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.

Apasport.az xəbər verir ki, bu barədə  “ojogo.pt” nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbəri matç bitdikdən sonra paltardəyişmə otağına gedib və komandanı ə, sərt şəkildə tənqid edib. 

Prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə komanda qarşısına qələbə tələbi qoyub.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" görüşü 22 yanvar tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0