6 “Fənərbaxça”lıya “böyük beşlik”dən maraq
26.10.2022 - 00:00
6 “Fənərbaxça”lıya “böyük beşlik”dən maraq

Türkiyə Super Liqasında və Avropa Liqasında uğurlu çıxışla diqqət çəkən “Fənərbaxça”nın 6 futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngi qış fasiləsində bir neçə təklifi dəyərləndirməli olacaq.

Konkret olaraq Ferdi Kadıoğlu, Dieqo Rossi, Arda Güler, Attila Şalay, Mixa Zayç və Migel Krespo “böyük beşlik” liqalarının komandalarının transfer gündəmindədir. Xüsusən də, gənc Ardanı Dortmund “Borussiya”sı başda olmaqla, bir neçə klub heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, “Fənərbaxça” hazıda 23 xalla Super Liqaya başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0