“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Antoni Marsyalla bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis bir müddət əvvəl satışa çıxarılan fransalı oyunçunun transferini əngəlləyib.
“Qırmızı şeytanlar”ın yeni çalışdırıcısı Marsyalın komanda üçün vacib oyunçu olacağını düşündüyü üçün onun satılmasını qadağan edib. Ten Haq 26 yaşlı forvardla bağlı qərarını artıq rəhbərliyə çatdırıb. Baş məşqçini bu addımı atmağa fransalının mövsümöncəsi təlim-məşq toplanışındakı performansı vadar edib.
Qeyd edək ki, 2015-ci ildən “Mançester Yunayted”də çıxış edən Antoni Marsyal ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Sevilya”nda keçirib.