“Çelsi”dən Vlahoviç qərarı
10.08.2023 - 10:23
“Çelsi”dən Vlahoviç qərarı

“Yuventus”un futbolçusu Duşan Vlahoviçin “Çelsi”yə keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu serb hücumçu ilə bağlı variantı rədd edib.

İtaliyalılar Duşanın əvəzinə Romelu Lukakunu istəyib. “Çelsi” rəhbərliyi hücumçuların dəyişdirilməsinə qarşı çıxıb.

Qeyd edək ki, Vlahoviçin turinlilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0