“İnter” Taremiyə elçi düşdü
08.08.2023 - 14:34
“İnter” Taremiyə elçi düşdü

“Porto”nun futbolçusu Mehdi Taremi “İnter”in maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu iranlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Lakin milanlılar ciddi problemlə üzləşib. Belə ki, “Tottenhem”də Tareminin xidmətində maraqlıdır. 24 milyon avroluq təklifi yetərli olmayan London təmsilçisi hücumçudan əl çəkmək fikrində deyil. 

Qeyd edək ki, “İnter” yüksək məbləğ tələb olunduğu üçün Folarin Baloqunun transferindən imtina edib. “Arsenal” oyunçusu üçün 50 milyon avro istəyib.
 

writer photo
Əlirza Əlirzalı
0