Super Kubokun məkan və vaxtı dəqiqləşib
11.07.2024 - 20:49
Super Kubokun məkan və vaxtı dəqiqləşib

Daha əvvəl bildirdiyimiz kimi, Türkiyə Futbol Federasiyası “Qalatasaray” və “Beşiktaş” arasında oynanacaq Super Kubok oyunu ilə bağlı müzakirələr aparırdı.

Apasport.az xəbər verir ki, Super Kubok görüşünün baş tutacağı məkan və tarix dəqiqləşdirilib.

Oyunun Türkiyədə keçirilməsi də əsas müzakirə mövzularından biri idi. Beləliklə, matç avqustun 3-də Bakı vaxtı ilə 21:45-də Atatürk Olimpiya Stadionunda start götürəcək.

Qeyd edək ki, Türkiyə Super Kubokunun son qalibi “Qalatasaray”dır.  

writer photo
Əlirza Əlirzalı
0