Osimhen üçün "Mançester Yunayted"ə "Çelsi" rəqib oldu
10.02.2023 - 21:46
Osimhen üçün "Mançester Yunayted"ə "Çelsi" rəqib oldu

“Çelsi” Viktor Osimhen uğrunda “Mançester Yunayted”lə yarışacaq.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted” yayda Erik Ten Haxın uzunmüddətli planlarının bir hissəsi hesab etmədiyi oyunçuların satışından pul qazanmaq istəyir. Söhbət Harri Maquayr, Doni van de Bek, Antoni Marsyal, Viktor Lindelof və Aaron Van-Bissakadan gedir.

Xatırladaq ki, "Napoli" Osimheni 100 milyon avrodan yuxarı qiymətləndirir. Neapol klubu 2020-ci ildə Viktoru "Lill"dən 70 milyon avroya alıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

24 yaşlı nigeriyalı hücumçu bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 20 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib. O hazırda 16 qolla A Seriyasında bombardirlər cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0