Sançodan növbəti məsuliyyətsizlik
21.09.2023 - 17:34
Sançodan növbəti məsuliyyətsizlik

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço qeyri-adi hərəkətlərinə davam edir.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasında “Bavariya” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb. 

İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun 
vaxtını FIFA 23 futbol simulyatoru oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb. 

Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

writer photo
Əlirza Əlirzalı
0