Almaniyada Flik barədə qərar verildi
04.12.2022 - 14:44
Almaniyada Flik barədə qərar verildi

Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik milli komandadan göndərilməyəcək.

Apasport.az xəbər verir ki, Almaniya millisinin dünya çempionatının pley-off mərhələsinə çıxmamasına baxmayaraq, 57 yaşlı mütəxəssisin istefası məsələsi müzakirə olunmur. Almaniya Futbol İttifaqının (DFB) İcraiyyə Komitəsinin üzvləri hələ də Flikə güvənir. Məşqçi Almaniya millisinin bir çox oyunçusu tərəfindən də yüksək qiymətləndirilir.

DFB prezidenti Bernd Noyendorf Flikdən Almaniya millisinin DÇ-2022-dəki çıxışı ilə bağlı təhlilini və evdə keçiriləcək AVRO-2024 ilə bağlı problemlərin həlli ilə bağlı təklifləri gözləyir. Gələn həftə Frankfurtda Flik və DFB rəhbərliyi arasında görüş olacaq.

Qeyd edək ki, Almaniya millisi DÇ-2022-nin E qrupunun III turunun dekabrın 1-də baş tutan görüşündə Kosta Rikanı məğlub edib (4:2). 3 turun yekunlarına görə, almanlar 4 xal toplayaraq öz qruplarında 3-cü yeri tutub və turnirin pley-off mərhələsinə adlaya bilməyiblər.

writer photo
Əlirza Əlirzalı
0