Kosovo – İsrail oyunu təxirə salındı
12.10.2023 - 13:57
Kosovo – İsrail oyunu təxirə salındı

AVRO-2024-ün seçmə mərhələsinin bir oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurum Kosovo və İsrail matçının təxirə salınmasına qərar verib. Buna sonuncuların ölkə xaricinə çıxışına icazə verilməməsi səbəb olub. Görüşün baş tutacağı tarix dəqiqləşməyib.

UEFA bunadək oktyabrın 12-də keçirilməli olan İsrail – İsveçrə matçını da təxirə salıb. Həmin oyun noyabrın 15-nə keçirilib.

Qeyd edək ki, Kosovo – İsrail qarşılaşması oktyabrın 15-də Priştinada keçirilməli idi. 

writer photo
Əlirza Əlirzalı
0