"Barselona" məhkəməyə verilir
07.03.2023 - 20:28
"Barselona" məhkəməyə verilir

"Barselona" korrupsiya iddialarına görə məhkəməyə veriləcək.

Apasport.az xəbər verir ki, “El Pais”in məlumatına görə, prokurorluq “Neqreyra işi” ilə bağlı kluba iş açıb. Xatırladaq ki, Kataloniya klubunun 2016-2018-ci illər ərzində İspaniya hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya 1,4 milyon avro ödədiyi bildirilirdi. Daha sonra məlum olub ki, "Barsa" 2001-ci ildən Neqreyraya 6,66 milyon avro ödəyib.

Prokurorluq "Barsa"ya qarşı idman sahəsində dələduzluqla bağlı işlərin daxil olduğu biznes korrupsiyası maddəsi ilə iddia qaldırmağı planlaşdırır. İstintaq hesab edir ki, işdə açıq-aşkar korrupsiya əlamətləri var. Xüsusilə, ittiham tərəfi Neqreyranın ödəniş müddətində çıxardığı nağd pul məbləğlərinə istinad edir.

Ehtimal olunur ki, pozuntuların uzunmüddətli xarakter daşıması səbəbindən klub daha ağır cəza ilə üzləşə bilər.

Şikayət hüquqi şəxs kimi "Barselona"ya, eləcə də klubun keçmiş prezidenti Xosep Bartomeu, komandasının üzvləri və Neqreyranın özünə qarşı yönəldiləcək.

İş ötən ilin may ayından araşdırılır. Müstəntiqlər "Barselona"nın Neqreiraya ödəmələrinin əsl məqsədini heç vaxt öyrənə bilməsələr də, məhkəmə iddiası qaldırılıb.

writer photo
Əlirza Əlirzalı
0