Dembelenin müqaviləsində PROBLEM
15.03.2023 - 18:00
Dembelenin müqaviləsində PROBLEM

“Barselona” Usman Dembele ilə müqaviləni yeniləyə bilməyəcək.

Apasport.az saytı xəbər verir ki, ispan klubu 25 yaşlı futbolçu ilə yeni razılaşma imzalamaq istəsə də, ciddi maliyyə çatışmazlığı bunda problemlər yaradıb.

Hətta bu səbəbdən komandaya qışda heyəti gücləndirmək üçün icazə də verilməyib. Əgər Kataloniya klubu yaya kimi problemi yoluna qoya bilməsə, müqaviləsi gələn il bitəcək futbolçunu satmaq məcburiyyətində qalacaq. Hazırda forvardla bir neçə İngiltərə klubunun maraqlandığı bildirilir.

Qeyd edək ki, Dembele bu mövsüm 28 oyunda 8 qol vurub, 7 də qol ötürməsi verib.

writer photo
Əlirza Əlirzalı
0