Ceyhun Mahmudov Paris-2024-ə vəsiqə qazandı
20.07.2024 - 19:00
Ceyhun Mahmudov Paris-2024-ə vəsiqə qazandı

Azərbaycanı Paris-2024 Paralimpiya Oyunlarında təmsil edəcək daha bir idmançı müəyyənləşib.

Apasport.az xəbər verir ki, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.

writer photo
Əlirza Əlirzalı
0