“Barselona” Torresi satır
24.04.2023 - 16:47
“Barselona” Torresi satır

“Barselona” futbolçusu Ferran Torreslə vidalaşmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu hücumçunun satışından vəsait əldə etməyi planlaşdırır.

Yayda satılacaq forvardın transferindən 25 milyon avro qazanılması nəzərdə tutulub. 25 yaşlı ispaniyalı cari mövsümün 39 oyununda 7 qola imza atıb.

Qeyd edək ki, “Barselona” Torresi 2021-ci ilin dekabrında “Mançester Siti”dən 55 milyona alıb.
 

writer photo
Əlirza Əlirzalı
0