"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırda turnir cədvəlində lider olan "Arsenal" haqda danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis "topçular"ı tərifləyib:
“Arsenal”ın məşqçisi və heyətində sabitlik var. Onlar getdikcə yaxşılaşır. İdeyalar və məşqçiniz baxımından sabit olanda, həmişə irəliləyəcəksiniz. Dəyişiklik baş verəndə daha çətin olur. Son bir ayda çox yaxşı oynadıq, amma beynəlxalq matçlardan sonra ilk oyunda nə olacağını heç vaxt bilmirsən. Yaxşı məşq etmişik və matça hazırıq”.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı martın 31-də keçiriləcək.