PSJ yarımmüdafiəçisi Jorjinyo Veynaldumla yollarını ayırmaq istəyir.
Apasport.az saytının məlumatına görə, Fransa klubu 31 yaşlı orta sahə oyunçusunu transferə çıxarıb.
Parislilər Niderland millisinin üzvünün satışından 10 milyon avroluq gəlir götürmək niyyətindədir. Hazırda onun xidmətində ən çox maraqlı olan klub “Roma”dır. Ancaq “canavarlar” oyunçunun Fransa paytaxtından İtaliya paytaxtına köçməsi üçün 7 milyon avroluq maaşının 50 faiz endirilməsini tələb edib. Romalılar Veynaldumu birillik icarəyə götürmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Corcinyo Veynaldum ötən mövsüm 38 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.