"Fənərbaxça"nın müdafiəçisi mövsümü başa vurdu
12.04.2024 - 16:36
"Fənərbaxça"nın müdafiəçisi mövsümü başa vurdu

"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolde ciddi zədə alıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Niderlandlı futbolçu Avropa Konfrans Liqasının 1/4 finalının ilk oyununda "Olimpiakos"la qarşılaşmanın ilk yarısında zədələnib. Matça davam edə bilməyən futbolçu ilk hissədə Ferdi Kadıoğlu ilə əvəzlənib.

Qeyd edək ki, 22 yaşlı müdafiəçinin mövsümün qalan hissəsində oynaması gözlənilmir.

writer photo
Əlirza Əlirzalı
0