Ofsayd qaydaları dəyişdirilə bilər
20.03.2024 - 15:22
Ofsayd qaydaları dəyişdirilə bilər

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyundankənar vəziyyətin müəyyən edilməsi qaydalarına dəyişiklik etməyə hazırlaşır.

Apasport.az “Marca” qəzetinə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, yalnız hücum edən oyunçu bütün bədəni ilə sonuncu rəqib oyunçunu qabaqlasa, ofsayd qeydə alınacaq.

Bu yeniliyin təşəbbüskarı Londonun “Arsenal” klubunun keçmiş məşqçisi Arsen Vengerdir.

Yeni təklif artıq İtaliya və İsveçdə gənclər arasında keçirilən turnirlərdə sınaqdan keçirilir. Təcrübənin mümkünlüyü gələn ilin fevralından tez olmayaraq qiymətləndiriləcək.

 

writer photo
Əlirza Əlirzalı
0