Azərbaycan derbisinə PROQNOZ
30.09.2022 - 12:00
Azərbaycan derbisinə PROQNOZ

Sabah növbəti Azərbaycan derbisi baş tutacaq.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Neftçi” Misli Premyer Liqasının VIII turunda üz-üzə gələcək.

Bu görüş təkcə Azərbaycan deyil, ölkə xaricində də proqnozsevərlər və futbol ekspertlərinin maraq dairəsindədir. Belə mütəxəssislərdən biri olan Dmitri Torxov qarşılaşmaya öz proqnozunu verib.

O, nəticə ilə bağlı proqnozdan əvvəl statistik göstəricilərə də mərc təklif edib:

“Qarabağ”ın orta hesabla 2,19, “Neftçi”nin 2,00 sarı vərəqə ilə cəzalandığını nəzərə alsaq, xəbərdarlıq sayına 3 Üst mərc etmək olar. Ağdam klubunun çərçivəyə  orta zərbə sayı 6, bakılılarda isə 3,75-dir. Bu göstəriciyə 8,5 Üst proqnozlaşdırardım. Künc zərbələrinin orta sayında “Qarabağ” 6,19, “Neftçi” 3,20-yə nail olub. Burada da 8,5 Üst mərci daha məntiqlidir.

“Qarabağ” son 20 ev oyununda yalnız bir dəfə uduzub. Yəqin ki, bu dəfə də Qurban Qurbanovun yetirmələri çətinlik çəkmədən qalib gələcək. Ağdamlılar evdəki son iki şəxsi oyunda 4 qolla qələbə qazanıb. Buna görə də 1,53 əmsala bərabər olan “Qarabağ”ın üç xal qazanmasına mərc edirəm.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması oktyabrın 1-də keçiriləcək.

Proqnozum: 1

writer photo
Əlirza Əlirzalı
0