Super Liqa təmsilçisi “Fənərbaxça” “Mançester Yunayted”in fransız ulduzu Antoni Marsialı almaq istəyir
Apasport.az “fotomaç”a istinadən xəbər verir ki, “Fənərbaxça” növbəti mövsümdə Mişi Batşuayiyə əvəzləyici olaraq ulduz futbolçunun transferini hədəfləyir. Klub rəhbərliyi “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatacaq hücumçu ilə gələn həftə rəsmi görüş keçirmək fikrindədir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, forvard “Mançester Yunayted” forması ilə iştirak etdiyi 19 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.