"Beşiktaş" ispaniyalı ilə yollarını ayırdı
12.08.2024 - 12:18
Superliqa təmsilçilərindən "Beşiktaş" ispaniyalı müdafiəçi Fransisko Montero ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Monteronun "Beşiktaş"dakı müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2020-ci ildə "Atletiko Madrid"dən icarəyə götürülən və növbəti mövsüm transfer olunan Montero "Beşiktaş"da 46 matçda forma geyinib. O, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2022-2023 mövsümünün ikinci yarısında "Hamburq"a, 2023-2024 mövsümündə isə "Aruka"ya icarəyə göndərilib.
0
0