Azərbaycan - İsveç oyununda isveçrəli hakimlər
13.11.2023 - 13:39
Azərbaycan - İsveç oyununda isveçrəli hakimlər

Azərbaycan – İsveç oyununu idarə edəcək hakimlər açıqlanıb.

Apasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq görüşü İsveçrədən olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi vəzifəsini Esther Staubli yerinə yetirəcək. Baş hakimin köməkçiləri Jonas Erni və Susanne Küng, dördüncü hakim isə Mirel Turkes olacaq. Lukas Fahndrich VAR, Lionel Tschudi isə AVAR kimi oyuna təyinat alıb. 
 

writer photo
Əlirza Əlirzalı
0