“Fyuri mənim imtina edəcəyimi düşünürdü”.
Apasport.az saytı xəbər verir ki, bunu WBA Super, IBF və WBO üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik deyib.
Ukraynalı boksçu Tayson Fyuri ilə keçiriləcək döyüşün danışıqları barədə məlumat verib. Usik döyüşdən əldə olnacaq gəlirin 70/30 faiz nisbətində qarşı tərəflə bölüşdürülməsinə razı olduğunu bildirib: “Məncə, Fyuri əvvəldən döyüşmək istəmirdi. O, qonorarın böyük hissəsini özünə tələb edəndə, mənim imtina edəcəyimi düşünürdü. Bu baş verməyəndə, Fyuri özünü itirdi”.
Qeyd edək ki, Aleksandr Usik son döyüşünü ötən il Entoni Coşuaya qarşı keçirib və qələbə qazanıb.
Fyuri Usiklə döyüşdən çəkinir
04.06.2023 - 19:22
0
0