“Apasport” proqnozsevərlərə kupon təklifini ötən həftə də uğurla davam etdirib. Mayın ilk həftəsində keçirilən oyunlar üçün hazırlanan variantlardan 63-ü uduşlu olub.
Bu, 2023-cü ilin ikinci göstəricisinin təkrarıdır. Martın 13-19-da da eyni sayda uduşa təsadüf olunub. Mütləq rekord isə aprelin 10-16-dakı 71 dəqiq kupondur.
Mayın 1-7-dəki uduşların ümumi əmsalı 168,40-a bərabər olub.
Ən uğurlu gün mayın 6-dır. Həmin gün 12 uduş qeydə alınıb. Həftənin üç fərqli günündə bu rəqəm “10+”la ifadə edilib. Uduş əmsalı mayın 2-də həftənin rekordu olub – 33,73.
1 may: 5 qalib kupon, əmsallarının cəmi 11,58
2 may: 11 qalib kupon, əmsallarının cəmi 33,73
3 may: 8 qalib kupon, əmsallarının cəmi 21,28
4 may: 9 qalib kupon, əmsallarının cəmi 24,78
5 may: 10 qalib kupon, əmsallarının cəmi 24,70
6 may: 12 qalib kupon, əmsallarının cəmi 30,12
7 may: 8 qalib kupon, əmsallarının cəmi 22,21
Mütəxəssis komandamızın ekspertlərindən Ramil Quliyev həftə ərzində 59 kupon təqdim edib. Bunların 28-dəki təxminlər dəqiq olub. Onun uduş faizi 47,15-ə bərabərdir. Qalib kuponların ümumi əmsalı 64,45, uduş reytinqi 1,09-dur.
Sənan Ələkbərli 44 kupon təklif edib. O, betterlərə 10 uduş gətirib. Bu, təkliflərin 22,73 faizidir. Qalib kuponların əmsalı 36,43, uduş reytinqi 0,83-dür.
Zaur Məmmədovun 48 kuponundan 14-ü dəqiq olub. Mütəxəssisin uduş faizi 29,17-yə bərabərdir. Qalib variantların ümumi əmsalı 29,17, uduş reytinqi 0,72-dir.