150-ci qələbə
30.11.2023 - 09:40
150-ci qələbə

Federiko Valverde “Real”ın heyətində 150-ci qələbəyə şahid olub.

Apasport.az xəbər verir ki, bu Çempionlar Liqasının “Napoli” ilə matçında gerçəkləşib.

İspaniya klubu V turda 4:2 hesablı qələbə qazanıb. 25 yaşlı uruqvaylı yarımmüdafiəçi La Liqada 104, Çempionlar Liqasında 28, İspaniya kubokunda 12, klublararası dünya çempionatında 2, İspaniya Superkubokunda 3, UEFA Superkubokunda 1 dəfə qələbədə pay sahibi olub.

Qeyd edək ki, Valverde 2018-ci ilin yayında “Kastilya”dan “Real”a keçib.

writer photo
Əlirza Əlirzalı
0