“İnter Mayami”nin direktoru Kris Henderson PSJ-nin hücumçusu Lionel Messinin mümkün transferinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, klub rəsmisi gələn ilin yayında heyətinə qatacaqları bildirilən argentinalının keçidində maraqlı olduqlarını gizlətməyib.
O, istənilən komandanın 35 yaşlı forvarda maraq göstərməsini normal qarşılayıb: “Messi transfer olacağı təqdirdə dünyanın istənilən komandasını dəyişər. Komandamızda onun haqqında spekulyasiya etmək və danışmaq istəmirəm. Amma Leo hər liqanı və formasını geyindiyi istənilən komandanı dəyişər”.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir.