Dris Mertens gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın 37 yaşlı futbolçusu mövsümün sonunda yaşıl meydanlara vida etməyə hazırlaşır.
İstanbul təmsilçisi ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəməyən belçikalı futboldan doyduğunu deyir:
“Bu mövsüm karyeramda sonuncu futbol ili olacaq. Artıq qərarımı qətiləşdirmişəm. Sizlərə qəribə gələ bilər, ancaq mən son oyunumu keçirəcəyim günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, 2022-ci ilin yayından “Qalatasaray” forması geyinən Mertens 65 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.