Sabiq "Neftçi"li "Fənərbaxça" yolunda
12.01.2024 - 17:43
Sabiq "Neftçi"li "Fənərbaxça" yolunda

Ötən yay "Neftçi"ni "Partizan"a dəyişən braziliyalı futbolçu Mateus Saldanya "Fənərbaxça"nın radarına düşüb. 

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu rəsmi "X" hesabında paylaşım edib.

İstanbul nəhəngi braziliyalı hücumçu üçün rəsmi danışıqlara başlayıb.

24 yaşlı forvard cari mövsümdə Serbiya Superliqasında 18 oyunda 14 qol vurub, 5 assist edib. M.Saldanya icarə əsasında formasını geyindiyi "Neftçi"nin heyətində isə yarım mövsümdə 5 qolla yadda qalmışdı. 

Qeyd edək ki, bundan öncə "Beşiktaş" da braziliyalı futbolçu ilə maraqlanırdı. 

 

writer photo
Əlirza Əlirzalı
0